İsveçrə parlamenti Zelenskinin çıxışını baykot edir

İsveçrə parlamenti Zelenskinin çıxışını baykot edir<span class="qirmizi"></span>

İsveçrə parlamentinin ən böyük fraksiyası Zelenskinin çıxışını boykot etmək qərarına gəlib.

"Unikal" xəbər verir ki, bu barədə İsveçrə Xalq Partiyasının fraksiyasının rəhbəri Tomas Eşi bildirib.Onun sözlərinə görə, siyasətçinin çıxışı iyunun 15-də gözlənilir.

Qeyd edildiyi kimi, parlamentdə ən çox yerə sahib olan partiya Zelenskinin qarşıdakı çıxışını İsveçrənin Ukraynaya hərbi yardımdan imtina etməsi ilə bağlı məsələlərin müzakirəsinə təsir etmək cəhdi kimi qəbul edir. Eşinin bəyanatına görə, İsveçrə Xalq Partiyasının üzvlərinin əksəriyyəti Ukrayna prezidentinin çıxışını dinləməyəcək.

Siyasi qüvvə konfederasiya parlamentinin aşağı palatasında nəinki 200 yerdən 53-nə, həm də İsveçrə hökumətində bir neçə yerə sahibdir.

Mənbə: www.unikal.org