Amerikalı siyasətçidən inanılmaz təklif: “Rusiyanı dayandırmaq üçün...”

Amerikalı siyasətçidən inanılmaz təklif: “Rusiyanı dayandırmaq üçün...”<span class="qirmizi"></span>

“ABŞ Ukraynadakı müharibəyə son qoymaq üçün Rusiyaya güzəştə getməlidir”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə namizəd Vivek Ramasvami deyib.

“Hesab edirəm ki, Ukraynadakı hərbi əməliyyatları sülh yolu ilə dayandırmalıyıq. Bunun üçün Rusiyaya ciddi güzəştə getməliyik”, – siyasətçi bildirib.

ABŞ-da prezident seçkiləri 2024-cü ildə keçiriləcək. ABŞ-ın hazırkı Prezidenti Co Bayden, konqresmen Nikki Heyli və keçmiş prezident Donald Tramp artıq seçkilərdə iştirak etmək niyyətlərini açıqlayıblar.

Mənbə: teleqraf.com