Ukraynanın əks-hücuma başlamaq üçün kifayət qədər silahı var - Kuleba

Ukraynanın əks-hücuma başlamaq üçün kifayət qədər silahı var - Kuleba<span class="qirmizi"></span>

Xarici işlər naziri Dmitri Kuleba deyib ki, Ukrayna Silahlı Qüvvələri əks-hücum əməliyyatına başlamaq üçün kifayət qədər silaha malikdir və bu əməliyyat ölkəyə NATO-ya daxil olmaq üçün lazım olan qələbəni verəcək.

Redaktor.az xəbər verir ki, bu barədə o, "Reuters" agentliyinə müsahibəsində bildirib.

Nazir əlavə edib ki, Alyansa üzvlük yalnız aktiv hərbi əməliyyatlar başa çatdıqdan sonra mümkün olacaq.

Əks-hücumun başlayıb-başlamadığını soruşduqda Kuleba cavab verməyib. Bununla belə, o vurğulayıb ki, ən önəmlisi əks-hücumun nə vaxt başlaması deyil, onun ukraynalıların qələbəsi ilə başa çatmasıdır.

"Biz artıq lazım olan bütün silahları almışıq... NATO-ya üzvlük bu müharibəni dayandıra bilməz, lakin NATO-ya üzvlük gələcək müharibələri dayandıracaq. Ona görə də regionda təhlükəsizliyi təmin etməyin ən yaxşı yolu Ukraynanın NATO üzvü olacağı nöqtəyə gəlməkdir",- Kuleba bildirib.

Mənbə: redaktor.az