Co Bayden Klintonla Obamanı bir araya gətirir: Məqsəd nədir?

Co Bayden Klintonla Obamanı bir araya gətirir: Məqsəd nədir?

Keçmiş ABŞ prezidentləri Bill Klinton və Barak Obama sabah Nyu-Yorkda ABŞ-ın hazırkı prezidenti Co Baydenin seçki kampaniyası üçün vəsait toplama tədbirində iştirak edəcək.

NBC-nin yaydığı məlumata görə, bu, kampaniyaya 25 milyon dollardan çox gəlir gətirə bilər.

Telekanal bildirir ki, hər iki keçmiş prezident, 77 yaşlı Bill Klinton və 62 yaşlı Barak Obamanın ABŞ tarixində nadir olan bu addımı Co Baydenin seçki kampaniyasına ianə toplamaq üçündür. Üç Demokrat prezidentin nadir və çox gözlənilən bu görüşü nəticəsində 25 milyon dollardan çox ianənin toplanması gözlənilir.

Kanal qeyd edir ki, Bayden kampaniyası qarşıdan gələn ianə toplanması tədbirini ABŞ tarixində potensial olaraq ən uğurlu kampaniya kimi qiymətləndirir.

Mənbə: musavat.com