Ermənistan yenə məğlubiyyətinə səbəb Rusiyanı görür: “Moskva bizi tək qoydu”

Ermənistan yenə məğlubiyyətinə səbəb Rusiyanı görür:

“Rusiya “ən çətin anda” Ermənistanı tərk edib meydanda yalnız qoydu”.
Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan bu gün ölkənin İctimai Televiziyanın efirində bildirib.

“Bizi qorumalı olan bir dostumuz, müttəfiqimiz var idi. Böyük qardaş, necə deyərlər, bizi qorumaq vaxtı çatanda bizi qorumayan. 

Rusiya bizi tək buraxdı. Bundan sonra Ermənistan bir daha ümid etdi  ki, Rusiya bizi qoruyacaq. Lakin biz yenə aldadıldıq”,  - deyə Simonyan qeyd edib.
 

Mənbə: bizim.media