Belqorodda 60 min insan təxliyə edildi

Belqorodda 60 min insan təxliyə edildi<span class="qirmizi"></span>

Belqorod qubernatoru Qladkov 60 minə yaxın insanın təxliyə edildiyini açıqlayıb.

Publika.az xəbər verir ki, “Vahid Rusiya” Baş Şurasının katibi Andrey Turçak Belqoroddakı humanitar paylama mərkəzinə baş çəkdikdən sonra partiyanın regional bölmələri ilə videobağlantı vasitəsilə danışıb.

Qeyd olunur ki, Belqorod bölməsinin katibi, qubernator Vyaçeslav Qladkov Belqorod vilayətində 60 minə yaxın insanın təxliyə edildiyini, onlardan 8 mindən çoxunun müvəqqəti sığınacaqlara, həmçinin, qohumlarının evlərinə yerləşdirildiyini bildirib.

Mehti Kamiloğlu

 

Mənbə: publika.az