İsraildən Hakan Fidan açıqlaması - “Bu çətinliklə üzləşəcəyik”

İsraildən Hakan Fidan açıqlaması - “Bu çətinliklə üzləşəcəyik”<span class="qirmizi"></span>

İsrail xarici işlər naziri Eli Koen Türkiyə xarici işlər naziri vəzifəsinə təyin olunan Hakan Fidanı təbrik edib.

Teleqraf.com xəbər verir ki, Koen bu barədə Tvitter hesabındakı paylaşımında bildirib.

“Cənab nazir Fidan, Türkiyə xarici işlər naziri vəzifəsinə təyin olunmağınız münasibətilə sizi təbrik edirəm. Dövrümüzün çətinlikləri ilə üzləşmək üçün qarşıda bizi çox şey gözləyir. Əminəm ki, ölkələrimizin və regionumuzun rifahı naminə əlaqələrimizi daha da inkişaf etdirəcəyik”, - nazir deyib.

Mənbə: teleqraf.com