Litva seymi növbədənkənar seçkilərin keçirilməsi təklifini rədd edib

Litva seymi növbədənkənar seçkilərin keçirilməsi təklifini rədd edib<span class="qirmizi"></span>

Litva parlamenti hökumət üzvlərinin xərcləri ilə bağlı qalmaqal fonunda hakim partiyanın növbədənkənar seçkilərin keçirilməsi təklifini rədd edib.

“Report” xəbər verir ki, bu barədə Litva KİV-ləri məlumat yayıb.

Seymin 66 deputatı növbədənkənar seçkilərin keçirilməsinin lehinə, 61 deputat əleyhinə səs verib, 8 deputat bitərəf qalıb.

Xatırladaq ki, Nazirlər Kabinetinin üç üzvü daxil olmaqla, bir çox siyasətçinin bələdiyyə müşaviri vəzifəsində çalışarkən maliyyə vəsaiti əldə etməsi barədə mətbuatda yayılan xəbərlərdən sonra hakim partiya – Litva Vətən İttifaqı-Xristian Demokratlar partiyası parlamentin buraxılmasını və siyasi sistemi “yenidən qurmaq” üçün növbədənkənar seçkilərin keçirilməsini təklif edib.

Mənbə: report.az