Milli Məclis iki sazişi ratifikasiya edəcək

Milli Məclis iki sazişi ratifikasiya edəcək<span class="qirmizi"></span>

Milli Məclis iki sazişi ratifikasiya edəcək.

"Report"un xəbərinə görə, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında aşağıdakı məsələlər müzakirə ediləcək.

- “Azərbaycan Respublikası Hökuməti ilə Bosniya və Herseqovinanın Nazirlər Şurası arasında təbii və digər fəlakətlərdən mühafizə sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

- “Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair” Sazişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.

Mənbə: report.az