Hakan Fidanın gələcək planı – Gizli danışıqlar apardığı bu ölkələrlə...

Hakan Fidanın gələcək planı – Gizli danışıqlar apardığı bu ölkələrlə...<span class="qirmizi"></span>

ABŞ-ın “Blumberq” agentliyi Hakan Fidanın Türkiyə xarici işlər naziri təyin edilməsindən yazıb.

Teleqraf.com xəbər verir ki, agentlik Fidanın Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri olduğu dövrdə üzərinə götürdüyü missiyaya toxunaraq, onun xarici işlər naziri kimi ərəb dünyası ilə aradakı buzları əritməyə çalışacağını bildirib.

Hakan Fidanın MİT rəhbəri kimi vaxtilə Yaxın Şərq və Şimali Afrika ilə bağlı addımlar atdığı qeyd edilib. Agentlik mövzuya yaxın mənbələrə istinadla onun bölgə ilə əlaqələr qurmaq üçün səylərini sürətləndirəcəyini iddia edib.

Təhlildə qeyd olunub ki, Hakan Fidan bundan əvvəlki fəaliyyəti dövründə Misir, İsrail, Birləşmiş Ərəb Əmirlikləri, İraq və Suriya kimi ölkələrlə diplomatik əlaqələrin inkişafı üçün gizli danışıqlar aparıb.

Mövlud Çavuşoğlunun yerinə gələn 54 yaşlı Fidanın müasir Türkiyənin qurulduğu gündən bəri hərbi keçmişi olan ikinci xarici işlər naziri kimi bu vəzifəyə təyin edildiyi detalı da məqalədə yer alıb.

Mənbə: teleqraf.com