Aİ rəsmisi İrəvanda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dair məsələləri müzakirə edib

Aİ rəsmisi İrəvanda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dair məsələləri müzakirə edib<span class="qirmizi"></span>

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tərəflər regional təhlükəsizlik və sabitliyə dair məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Bundan başqa, Ermənistanın baş naziri Nikol Paşinyan da Toivo Klaarı qəbul edib. Tərəflər Azərbaycan-Ermənistan normallaşma prosesi və regional məsələlərdən danışıblar.

Mənbə: report.az