Zəngəzur sakinlərini bu halda silahlandıracağıq

Zəngəzur sakinlərini bu halda silahlandıracağıq<span class="qirmizi"></span>

Ehtiyac olarsa, sakinlər silahlandırılacaq.

Axar.az xəbər verir ki, bunu Qərbi Zəngəzur vilayətinin qubernatoru Robert Qukasyan deyib.

Onun sözlərinə görə, Dığ kəndində 50 təsərrüfat obyekti və ailələr ərazi problemləri ilə üzləşiblər:

“Bir tərəfdən azərbaycanlıların irəliləyişi, digər tərəfdən bizim ordu ilə bağlı olan yerləşdirilmə var. Onların arasında ərazi var. Onların nə qədər yaxın yerləşə biləcəyi artıq müdafiə xarakterli məsələdir”.

Mənbə: axar.az