Tailand Kralı Azərbaycan Prezidentini təbrik edib

Tailand Kralı Azərbaycan Prezidentini təbrik edib<span class="qirmizi"></span>

Tailandın Kralı Maha Vaçiralonqkorn Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Report" xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri!

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ölkənizə və xalqınıza əmin-amanlıq, uğurlar, rifah diləyirəm.

Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul edin".

Mənbə: report.az