"Təbliğatçıların başına "qızılı yağış": Rusiya Putinin siyasətini vəsf etmək üçün nəhəng pullar ayırıb

"Təbliğatçıların başına "qızılı yağış": Rusiya Putinin siyasətini vəsf etmək üçün nəhəng pullar ayırıb<span class="qirmizi"></span>

"Bu vəsaitləri böyük bir hissəsi Rusiyanın Ukraynadakı müharibəsinin vəsf edilməsinə həsr edilib..."

"Qrant alanların "xarici agent"ləri işə götürməyə ixtiyarı yoxdur, layihələrdə müharibə əleyhinə çağırışlar səsləndirilə bilməz..."

Rusiya prezidenti Administrasiyası ilə bağlı olan "İnternetin inkişafı İnstitutu" 2023-cü ildə "vətənpətərvər" kontent (məzmun) üçün 20 milyard rubl (təxminən 245 milyon 200 min dollar-red.) qrant ayıracaq.

Moderator.az xəbər verir ki, bu barədə "Meduza" və "Vajnıye istorii" ("Mühüm tarixçələr") nəşrləri jurnalistlərinin araşdırmasında deyilir.

Müqayisə üçün deyək ki, Rusiyanın Kino Fonduna bu il 12 milyard rubl (təxminən 147 milyon dollar) ayrılıb.

"Rusiya hakimiyyəti hər il təbliğat xarakterli filmlər, seriallar, media lahiyələr və videooyunlara, sadə dildə desək, "vətənpərvər kontentə" onlarla miyard rubl vəsait xərcləyir.

Onun böyük bir hissəsi Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra müharibənin vəsf edilməsinə həsr edilib, bu zaman "vətənpərvər kontent"in payı sürətlə artır.

Təbliğata sərf edilən nəhəng pulların başlıca və səxavətli paylayıcısı "İnternetin inkişafı İnstitutu"dur", - "Meduza" yazır.

2014-cü ildə yaradılmış bu İnstituta prezident Administrasiyasının sabiq əməkdaşı Aleksey Qoreslavski başçılıq edir.

Bu qurumun başlıca məqsədi "şəbəkə hərbi-vətənpərvər tərbiyəyə" qrantlar vermək və "hakimiyyətin gündəliyini yeritməkdir", təşkilatın sabiq əməkdaşı jurnalistlərə danışıb.

Belə ki, "İnternetin İnkişaf İnstitutu" təbliğatçı Anton Krasovskinin proqramlarına, habelə "Russia Today" dövlət telekanalının "Gözəl Rusiya" proqramlar seriyasına vəsait ayırıb.

Qrantlar almaq üçün müsabiqələrin qaliblərini İnstitutun müşahidə şurasının üzvləri təsdiq edib, buraya prezident Administrasiyası rəhbərinin müavini Sergey Kiriyenko, Rusiya prezidentinin ictimai layihələr üzrə idarə rəisi Sergey Novikov, Dövlət Dumasının mədəniyyət üzrə komitə sədri Yelena Yampolskaya, Aleksey Qoreslavski və "RT" telekanalının baş direktoru Marqarita Simonyan daxildir.

2 iyun 2023-cü ildə İnstitut "milli kontent"in yaradılması üzrə müsabiqənin yekunlarını dərc edib. 163 layihəyə 10 milyard rubl ayrılacaq. İnstitut layihələrin müəlliflərini göstərməyib, lakin adlarını dərc edir.

Bunların arasında "Ramzan. Ahmat- Rusiyanın Gücü", "Rusiya kodu. Suveren gələcək" və "Rus irsi. Evə dönüş" layihələri də var.

"Evə dönüş" Donbasda arxitektura abidələrinin taleyi haqqında sənədli filmdir.

Bundan başqa, cəbhəyə yardım edən sahibkarlar haqqında "Cəbhə üçün düzəldilib" filmi, qadın hərbi qulluqçular haqqında "Z Qadınlar" filmi və "Ölkədən gedənlər, orada necə varsınız?" layihəsi qrantlar alıb.

İnternetin inkişafı İnstitutunun pullarına Böyük Vətən müharibəsinin xronikasına dair "Tarixin rəngi" layihəsi çəkilib. Müəllifi müşahidə şurasının üzvü Sergey Mironovdur.

Kinorejissor Aleksandr Xant "Rusiya-Odisseya" "zəmanəmizin qəhrəmanları" layihəsinə rəhbərlik edib. Həmçinin YouTube-da "İmkan verin danışaq" təbliğat şousunun müəllifləri də qrant alıb.

Son zamanlar İnstitut nümayəndələri qrant alanlara xəbərdarlıq edib ki, onlar "xarici agentləri" işə götürməyəcək, layihədə isə müharibə əleyhinə çağırışlar səsləndirilməyəcək.

Belə müqavilələrdə hakimiyyətin, o cümlədən sosial şəbəkələrdə istənilən açıq tənqidi qadağan edilir, bu şərt pozulduqda çəkiliş qrupu lahiyənin büdcəsinə uyğun olaraq cərimə ödəməlidir.

Mənbə: moderator.az