Kəşfiyyat zabiti təsdiqlədi: ABŞ yadplanetlilərin gəmisini ələ keçirib

Kəşfiyyat zabiti təsdiqlədi: ABŞ yadplanetlilərin gəmisini ələ keçirib<span class="qirmizi"></span>

Gizli hərbi proqram çərçivəsində Birləşmiş Ştatların Müdafiə Nazirliyi yerdənkənar mənşəli kosmik gəmilər əldə edə bilib.

Publika.az xəbər verir ki, bu barədə ABŞ kəşfiyyatının keçmiş zabiti Devid Qraş “NewsNatio”a müsahibəsində bildirib.

O, Pentaqon və Ağ Evin "qismən təsdiqlənmiş və təsdiqlənməmiş" yerdənkənar mənşəli təyyarələrə malik olduğuna aydınlıq gətirib. Söhbət “eniş zamanı qəzaya uğrayan və ya uğurla eniş edən” cihazlardan gedir.

"Hazırda Amerika kəşfiyyat cəmiyyətinin bir çox fəal üzvləri bu gizli proqramın mövcudluğuna dair sübutları mənimlə bölüşürlər", - Qraş deyib.

O əlavə edib ki, nadir hallarda məxfi xidmətlər naməlum detallı aparat aşkar etdikdə, onların içərisində ölü pilotlar da tapılır. Qraş qeyd edib ki, yer kürəsində olanlar kainatda yaşayan yeganə canlılar deyillər.

“İstəyirsiz inanın, istəyirsiz inanmayın, nə qədər fantastik səslənsə də, bu, həqiqətdir”, - Qraş yekunlaşdırıb.

Mənbə: publika.az