Sərhəd gərginliyi... - Bu təxribatlar nəyə hesablanıb?

Sərhəd gərginliyi... - Bu təxribatlar nəyə hesablanıb?<span class="qirmizi"></span>

Ermənistan silahlı qüvvələri müxtəlif istiqamətlərdə Azərbaycan ordusunun mövqelərini atəşə tutur...

Politoloq: “Ermənistanla Azərbaycan arasında Vaşinqtonun vasitəçiliyi ilə aparılan danışıqlar prosesi intensivləşəndə Qarabağda separatçılar təxribatlara əl atır”.

“Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyanın təxribatlarından məmnun deyil. Ona görə də Ermənistan hakimiyyətinin daha çox Qərblə əlaqələrə üstünlük verərək sülhə getməsi qaçılmaz olacaq”.

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə son günlərdə sərhəddə baş verən gərginliyi Poliqon-a şərh edərkən qeyd edib.

İyunun 4-ü Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinə məxsus kvadrokopterin Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin üzərində kəşfiyyat xarakterli uçuş apardığı müşahidə edildi. Sonra isə Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutdu.

Son günlər daha çox Moskvadan idarə olunan separatçıların davamlı olaraq həyata keçirdikləri bu təxribatlar nəyə hesablanıb?

Sərhəd gərginliyinin səbəbini Poliqon-un əməkdaşı Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə ilə müzakirə edib.

Məhəmməd Əsədullazadə: “Azərbaycan bu təxribatların Rusiya tərəfindən həyata keçirildiyini bilir. Ona görə də Ermənistanla ciddi eskalasiyaya getmir”.

ABŞ vasitəçiliyi ilə sülh müqaviləsinin bağlanmasının real olduğunu vurğulayan politoloq bildirib ki, Moskvada bunun fərqindədir:

“Ermənistanla Azərbaycan arasında Vaşinqtonun vasitəçiliyi ilə aparılan danışıqlar prosesi intensivləşəndə Qarabağda separatçılar təxribatlara əl atır. Həmçinin Ermənistanla sərhəddə eyni proses baş verir. Bu təsadüfi deyil. Eyni dəst xətt siyasəti Moskva tərəfindən həyata keçirilir. Rusiya məhz bu kimi təxribatlarla Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanmaması üçün edir.

Amma, bu kimi təxribatlar müsbət nəticə verməyəcək. Rusiyanın əlindən bu kimi rıçaqlar çıxıb. Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyanın təxribatlarından məmnun deyil. Daha çox Qərblə əlaqələrə üstünlük verərək sülhə getməsi qaçılmaz olacaq. Bu kimi təxribatlar Qarabağda Azərbaycanın anti-terror əməliyyatlarına start verə bilər. ABŞ vasitəçiliyi ilə sülh müqaviləsinin bağlanması realdır. Moskvada bunun fərqindədir. Qarabağda təxribatlara əl atmaqla prosesi pozmaq mümkün olmayacaq.

Hesab edirəm ki, Azərbaycan bu təxribatların Rusiya tərəfindən həyata keçirildiyini bilir. Ona görə də Ermənistanla ciddi eskalasiyaya getmir. Rusiyanı susdurmağın yolu Ermənistanla normallaşma və sülh müqaviləsidir. Bunu Ermənistan hakimiyyətidə artıq reallıqları bilir. Rusiya regionda qalıb, böhranı idarə etməyə çalışır. Amma, bu demək olar müvəqqətidir. Rusiya sülhməramlı qüvvələrinin çıxarılması da, mümkün olacaq”.

Nərminə UMUDLU

Mənbə: poliqon.info