Papanın elçisi Kremldən buna görə icazə aldı

Papanın elçisi Kremldən buna görə icazə aldı<span class="qirmizi"></span>

Roma Papasının Ukraynadakı münaqişənin həlli üzrə nümayəndəsi kardinal Matteo Zuppi Moskvaya səfər etmək üçün Kremldən razılıq alıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Katolik Yepiskopları Konfransının rəhbəri arxiyepiskop Paolo Pezzi məlumat verib.

Eyni zamanda, arxiyepiskop bu səfərin nə vaxt baş tutacağını bilmədiyini qeyd edib.

Bildirək ki, Papanın elçisi Moskvadan əvvəl Kiyevə səfər edəcək.

Mənbə: www.unikal.org