Deputat: "Bişkekdə su problemi həll edilməyib, xalqın narazılığı artır"

Deputat: "Bişkekdə su problemi həll edilməyib, xalqın narazılığı artır"<span class="qirmizi"></span>

“Qırğız Respublikasının paytaxtı Bişkekdə su ilə bağlı problemlər həll edilməyib və buna görə də xalqın narazılığı artır”.

“Report” “24kg”yə istinadən xəbər verir ki, bunu ölkə parlamentinin deputatı Dastan Bekeşev bildirib.

O, su problemi ilə bağlı məsələni bir müddətdir səsləndirdiyini xatırladıb və hələ də həllini tapmadığını söyləyib.

Deputatın sözlərinə görə, Nazirlər Kabineti problemin həllinə diqqət yetirmir və ona görə də bunun həllinin nə zaman tapılacağı məlum deyil.

D.Bekeşev qeyd edib ki, vəziyyət belə davam edərsə, insanlar küçələrə çıxacaq.

Mənbə: report.az