Ermənistanda xüsusi təlim - Rus qırıcıları havaya qaldırıldı

Ermənistanda xüsusi təlim - Rus qırıcıları havaya qaldırıldı<span class="qirmizi"></span>

Rusiya Cənub Hərbi Dairəsinin Ermənistandakı əməliyyat-taktiki aviasiya bazasının MiQ-29 çoxfunksiyalı qırıcılarının pilotları təlim uçuşları keçiriblər.

Teleqraf.com xəbər verir ki, bu barədə hərbi dairənin mətbuat xidməti məlumat yayıb.

Təlim uçuşlarında 120-dən çox hərbçi, 20-yə yaxın hərbi və xüsusi texnika, o cümlədən çoxfunksiyalı MiQ-29 qırıcıları iştirak edib.

Rusiya Cənub Hərbi Dairəsinin Ermənistandakı hərbi bazasının tibbi xidmətinin mütəxəssislərinin də xüsusi tibbi təlimdə iştirak edəcəyi açıqlanıb.

Mənbə: teleqraf.com