Ukrayna hücumu: Şoyqu ilk zərbəni etiraf etdi

Ukrayna hücumu: Şoyqu ilk zərbəni etiraf etdi<span class="qirmizi"></span>

Ukrayna ordusunun dünənki hücumunun qarşısı alınarkən 71 rus əsgər ölüb, 210 nəfər yaralanıb.

Axar.az xəbər verir ki. bu sözləri Rusiya müdafiə naziri Sergey Şoyqu deyib.

Şoyqu təsdiqləyib ki, Ukrayna çoxdan vəd edilən əks-hücum əməliyyatına 3 gündür başlayıb.

“Bütün istiqamətlərdə 3 günlük hərbi əməliyyatlar zamanı Ukrayna silahlı qüvvələrinin itkiləri 3715 əsgər, 52 tank, 207 zirehli texnika, 134 avtomobil, 5 təyyarə, 2 helikopter təşkil edib", - Şoyqu əlavə edib.

Mənbə: axar.az