Nazir müavini: "Ukrayna müdafiəçiləri Baxmut şəhərinin müxtəlif istiqamətlərində irəliləyiblər"

Nazir müavini: "Ukrayna müdafiəçiləri Baxmut şəhərinin müxtəlif istiqamətlərində irəliləyiblər"<span class="qirmizi"></span>

Ukrayna müdafiəçiləri Baxmut şəhərinin müxtəlif istiqamətlərində 1600 metrədək irəliləyib.

“Report” xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar məlumat verib.

Ukrayna Quru Qoşunlarının komandanı Aleksandr Sırski bildirib ki, hərbçilər cinahlarda irəliləyir, rusiyalılar Baxmut ətrafında mövqelərini itirirlər.

Qeyd edək ki, Baxmut Ukraynanın Donetsk vilayətinin şəhəridir. Şəhərin bir hissəsini Rusiya hərbçiləri işğal edib.

“Tavriya” operativ-strateji qoşunun komandanı Aleksandr Tarnavski isə bildirib ki, hərbçilər Rusiyanın Ukraynanın şərqindən irəliləməsinin qarşısını alıblar: “Müdafiə qüvvələri Rusiya qoşununun zərərsizləşdirilməsi istiqamətində əməliyyata davam etdirir”.

Mənbə: report.az