Ukrayna hücuma çox yaxşı hazırlaşıb - ABŞ

Ukrayna hücuma çox yaxşı hazırlaşıb - ABŞ<span class="qirmizi"></span>

Ukrayna müttəfiqlərin təlimi və silahları sayəsində əks-hücuma hazırdır, lakin müharibə hələ çox uzundur.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli deyib.

Onun sözlərinə görə, hücum əməliyyatları artıq güclənib:

“Bizim qiymətləndirmələrimizə görə, ukraynalı hərbçilər hər şeyə yaxşı hazırlaşıblar”.

Milli bildirib ki, bütün müharibələrdə sükut və aktiv günlər olur:

“Müharibə kompromisdir. Xeyli müddət ərzində irəli-geri döyüş olacaq”.

Mənbə: axar.az