Erməni silahlıların qurmağa çalışdığı “fortifikasiya” nədir?

Erməni silahlıların qurmağa çalışdığı “fortifikasiya” nədir?<span class="qirmizi"></span>

“Fortifikasiya” - silah və texnikaların effektiv istifadəsini, qoşunların davamlı idarəetməsini təmin edən, şəxsi heyətin və mülki əhalinin mühafizəsi üçün nəzərdə tutulan qurğulardır.

Bu sözləri Axar.az-a Ordumuzun son bir neçə gündə Qarabağda rus sülhməramlıların müvəqqəti məsuliyyət bölgəsindəki qanunsuz erməni silahlı dəstələrinin “fortifikasiya qurğuları” qurmasına cəhd etməsi haqda danışan hərbi ekspert Ədalət Verdiyev deyib.

Hərbi ekspert fortifikasiya qurğularının inşasının qanunsuz silahlı dəstələrin müqavimət gücünü artırmaq məqsədi daşıdığını qeyd edib:

“Sözügedən qurğuların inşa edilməsi birmənalı olaraq Qarabağda mövcud olan Ermənistan ordusunun qalıqlarının və qanunsuz silahlı dəstələrin Azərbaycana qarşı müqavimət potensialını artırmaq məqsədi güdür. Əgər onların inşasının qarşısı vaxtında alınmasa, gələcəkdə işğalçı ölkənin qanunsuz dəstələri qismən döyüş potensialını bərpa edə bilər. Buna görə də düşmən tərəfindən istənilən mühəndis və fortifikasiya qurğularının inşa edilməsinin qarşısı qətiyyətlə əngəllənməli, onlar artilleriyamız tərəfindən darmadağın edilməlidir”.

Mənbə: axar.az