Baydenin Rusiyaya bu replikası rezonans doğurdu

Baydenin Rusiyaya bu replikası rezonans doğurdu<span class="qirmizi"></span>

Xarici siyasətdə Putinin ən çox istifadə etdiyi “fənd” qorxunun idarə olunmasıdır. Son illər ərzində Putin özünə qətiyyətli, gücdən istifadə etməkdən çəkinməyən, nəyin bahasına olursa olsun, qarşısına qoyduğu məqsədə çatan lider obrazı yaradıb və bu obraz onun lehinə işləyirdi. Qərb liderləri dəfələrlə Putinlə kompromis axtararkən geri çəkilirdilər. Qərb başa düşmürdü ki, Putin kompromisin axtarışı cəhdlərini, diplomatiyanı zəiflik əlaməti kimi qəbul edir və daha da aqressivləşir.

Axar.az xəbər verir ki, Ukrayna müharibəsi Qərbin Putin qarşısında qorxusuna, ehtiyatlı davranışına son qoydu. Aydın oldu ki, Rusiyanın ordusu o qədər də güclü deyil, “analoqu olmayan” rus silahlarını isə ABŞ istehsallı silahlarla heç müqayisə etmək olmaz. Aydın oldu ki, Rusiya Müdafiə Nazirliyi Baş Qərargahında qərar verən insanlar adekvat və peşəkar, Rusiya hərbi sənayesi isə müharibəyə hazır deyil.

Görsənən odur ki, vaxtında bütün dünyanı qorxutmağa çalışan Rusiya indi özü qorxu içindədir. Cızdığı bütün “qırmızı xətlər” amansızca tapdalanıb və Rusiyanın hədələdiyi “dəhşətli cavab” yox olub. Bunun nəticəsində də Beynəlxalq Cinayət Məhkəməsi Putinin həbsinə order verməyə cəsarət etdi. Müharibə isə artıq Rusiya ərazisinə keçir.

Bir neçə aydan sonra Ukraynaya müasir qırıcılar veriləcək və nəticə etibari ilə Qərbin Ukraynaya vermədiyi silah növü qalmayacaq (nüvə silahı xaric). Müharibədə artıq qırmızı xətlər yoxdur və Rusiya nüvə silahından ancaq ona görə istifadə etmir ki, Qərbin buna cavabının nə dərəcədə güclü olduğunu bilir.

Əgər əvvəl ABŞ rəsmiləri dəfələrlə “Rusiya ərazisinə zərbələrə imkan verməyəcəyik” deyirdilərsə, indi artıq bu mövzuda susurlar və susmağın səbəbi Rusiya deyil, daxili auditoriyadır. Unutmayaq ki, Ukraynaya ayrılan pullar ABŞ vergi ödəyicilərinin pullarıdır, vergi ödəyicisi isə müdafiə olunan, qurban rolunda olan ölkəyə yardımı hər zaman dəstəkləyir, əksi baş verərsə, reaksiya da mənfi ola bilər. ABŞ rəsmiləri hər zaman bu faktoru və çox faktoru nəzərə alsa da, Rusiyanın “mövqeyi”ni artıq nəzərə almır və ona heç bir əhəmiyyət vermir.

Jurnalist Baydendən soruşub: “Rusiya Xarici İşlər Nazirliyi bəyan etdi ki, F-16-ların Ukraynaya verilməsinin ciddi nəticələri olacaq”.

Baydenin cavabı: “Bəli, onlar (rusiyalılar - red.) üçün”.

Bu qısa dialoq bütün mənzəri aydın göstərir.

Mənbə: axar.az