Məmmədrza Heyət: “Cənubi Azərbaycan Azərbaycan üçün parçalanmış Vətən, Türkiyə üçün soydaşlıq məsələsidir”

Məmmədrza Heyət: “Cənubi Azərbaycan Azərbaycan üçün parçalanmış Vətən, Türkiyə üçün soydaşlıq məsələsidir”<span class="qirmizi"></span>

“Cənubi Azərbaycan məsələsi Azərbaycan üçün parçalanmış bir Vətən, Türkiyə üçün isə soydaşlıq məsələsidir. Dilə gətirilib-gətirilməsə də Cənubi Azərbaycan məsələsi Azərbaycan üçün qırmızı xəttdir”.

“Report”un xəbərinə görə, bu fikirləri Təbriz Araşdırmalar İnstitutunun (TEBAREN) rəhbəri Məmmədrza Heyət Bakıda keçirilən“ Cənubi Azərbaycan məsələsi regional və beynəlxalq müstəvidə” adlı dəyirmi masada deyib.

Onun sözlərinə görə, Türkiyədə Cənubi Azərbaycan məsələsinə baxış tamam fərqlidir:

“Türkiyə dövlətinin baxışı İran sərhədinin mümkün qədər sakit qalmasıdır. Çünki Türkiyə yeni köç dalğasına hazır deyil. Bu dəqiqə Türkiyə üçün ən uyğunu İranda hər hansı bir qarışıqlığın olmamasıdır. Ancaq onu da qeyd edim ki, Türkiyənin beyninin bir küncündə Cənubi Azərbaycan məsələsi var”.

Mənbə: report.az