TEBAREN rəhbəri: “İranda demokratiya olsaydı, azərbaycanlıların muxtariyyəti olardı”

TEBAREN rəhbəri: “İranda demokratiya olsaydı, azərbaycanlıların muxtariyyəti olardı”<span class="qirmizi"></span>

“İranda demokratiya olsaydı, azərbaycanlıların muxtariyyəti olardı”.

“Report”un xəbərinə görə, bunu Təbriz Araşdırmalar İnstitutunun (TEBAREN) rəhbəri Məmmədrza Heyət Bakıda keçirilən “Cənubi Azərbaycan məsələsi regional və beynəlxalq müstəvidə” adlı dəyirmi masada deyib.

O bildirib ki, hazırda şərtlər tamamilə dəyişib və bizim xeyrimizdir:

“Çünki bu gün İran dünyadan təcrid olunub, xaricdə və daxildə tamamilə nüfuzunu itirib”.

Onun sözlərinə görə, İsrail açıq şəkildə, ABŞ dolayı yolla İranla mübarizə aparır:

“Türkiyə İraqda, Suriyada İranla problemlər yaşayıb. Bu gün Azərbaycanla İran arasında ciddi problemlər var. Lakin burada qorxan tərəf İrandır. İran rejimi yıxılır. İranda demokratiya olsaydı azərbaycanlıların muxtariyyəti olardı”.

Mənbə: report.az