Belçika niyə Ukraynadan izahat tələb etdi?

Belçika niyə Ukraynadan izahat tələb etdi?<span class="qirmizi"></span>

Belçika Müdafiə Nazirliyi Ukraynaya izahat tələbi göndərib. Buna səbəb Kiyevin Rusiyaya hücumu zamanı Brüsselin Qərb silahlarından istifadəsidir.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

"Belçika Müdafiə Nazirliyinin rəhbəri Ludivin Dedonder ukraynalı həmkarı Aleksey Reznikova vəziyyəti aydınlaşdırmaq üçün bir sorğu göndərib, lakin cavab hələ gəlməyib”, - o deyib

Bildirilir ki, Belçika Müdafiə Nazirliyi Kiyevin Rusiya ərazisinə hücum etmək üçün qərb silahlarından istifadə etməməsi ilə bağlı öhdəlikləri xatırladıb. Bu məqsədlə təlimatlar göndərib.

Qeyd edək ki, bundan öncə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Belçika silahlarının istifadəsindən imtina ediblər.

Ayşən

 

Mənbə: publika.az