Bundestaqın deputatı Nahid Təqavanın azadlığa buraxılmasını tələb edib

Bundestaqın deputatı Nahid Təqavanın azadlığa buraxılmasını tələb edib<span class="qirmizi"></span>

İrandakı teokratik rejimin onun siyasəti ilə razılaşmayanlara qarşı apardığı repressiya siyasəti yalnız ölkə daxilində deyil, onun hüdudlarından kənarda da ciddi narazılıqlara səbəb olur. Elə bir gün yoxdur ki, etirazlara görə həbs edilənlərin, xüsusilə də qadınların azadlığa buraxılması ilə bağlı rəsmi Tehran qarşısında tələblər qoyulmasın. AzVision.az bildirir ki, Almaniya Bundestaqının üzvü Norbert Rotgen İran əsilli Almaniya vətəndaşı Nahid Təqvanın İranda saxlanılmasından üç il keçdiyini və Almaniya hökumətinin onun hansı yolla girov götürülməsinə baxmadan azad etməli olduğu barədə öz tvitində bəyanat verib.

“Almaniya federal hökuməti Avropa Birliyinin ən böyük iqtisadiyyatı kimi bu vətəndaşı azad etmək üçün hələ də bütün vasitələrdən istifadə etməyib”, - Rotgen deyib.
Bundan əvvəl insan haqları müdafiəçisi Nərgiz Məhəmmədi Evin həbsxanasından siyasi məhbus Nahid Təqvanın səhhəti ilə bağlı məlumat yaymışdı.

“İranın məhkəmə hakimiyyəti rəsmiləri, xəstə məhbusu xəstəliyin mümkün olan maksimum həddə, sağlamlığını itirəcək dərəcədə incidirlər. 68 yaşlı Nahid Təqva, yenə da barmaqlarında quruluq və boyun, kürək və əllərində şiddətli ağrılar keçirdi. Ağrı üzündə aydın görünür. Məhkəmə-tibb həkiminin xanım Təqvanın stressli mühitdə olması barədə göstərişinə baxmayaraq, iki dəfə oynaqlara çox çətin və ağrılı kortonin vurulduqdan sonra o, xəstə çarpayısından həbsxana çarpayısına köçürüldü” - Məhəmmədi İnstaqram səhifəsində vurğulayıb.

Lakin İran hökumətinin mürtəce siyasətinin əleyhinə çıxan digər siyasi məhbuslar kimi, 68 yaşlı məhbus xanım Nahid Təqvanın səhhətinin də teokratik rejimi maraqlandırmadığı göz önündədir.
 

Mənbə: azvision.az