Kaxovka SES-in partladılması Ukraynada quraqlığa səbəb olacaq - VİDEO

Kaxovka SES-in partladılması Ukraynada quraqlığa səbəb olacaq - <span class="qirmizi">VİDEO</span>

Ukraynada müharibə davam edir.

BAKU.WS xəbər verir ki, Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, Kaxovka Su Elektrik Stansiyasının partladılması Xersonla yanaşı, Ukraynanın digər cənub vilayətlərində də kritik vəziyyət yaradıb.

“Dnepr çayının sağ və sol sahillərində 90-a yaxın yaşayış məntəqəsi su altında qalıb. 3 mindən çox insan, 100-dən çox ev heyvanı ərazidən təxliyə olunub”, - deyə jurnalist əlavə edib.

Qeyd edilib ki, Kaxovka Su Elektrik Stansiyasının partladılmasının Nikolayev, Xerson, Zaporojye, həmçinin işğal altında olan Krımda ciddi quraqlıq və susuzluğa səbəb olacağı gözlənilir.

Ətraflı Baku TV-nin süjetində:

Mənbə: baku.ws