Slovakiya Ukraynaya 4,2 milyon avro məbləğində hərbi yardım edəcək

Slovakiya Ukraynaya 4,2 milyon avro məbləğində hərbi yardım edəcək<span class="qirmizi"></span>

Slovakiya Ukraynaya növbəti dəfə hərbi yardım göstərəcək, onun məbləği 4,2 milyon avrodan çox olacaq.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

Ukraynaya hərbi yardımın göndərilməsi Slovakiya Müdafiə Nazirliyinin təklifi ilə respublika hökuməti tərəfindən təsdiq edilib. Agentliyin məlumatına görə, Nazirlər Kabineti bu qərarı Kiyevin müraciətləri əsasında qəbul edib. Digər təfərrüatlar verilmir.

Mənbə: report.az