ABŞ və Serbiya hərbi əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər

ABŞ və Serbiya hərbi əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər<span class="qirmizi"></span>

ABŞ və Serbiya kiçik zabitlərin təlimi və kibermüdafiə üzrə təlimlər də daxil olmaqla yeni əməkdaşlıq növlərini inkişaf etdirmək barədə razılığa gəliblər.

“Report” xəbər verir ki, bu barədə Serbiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirliyin məlumatına görə, bu, ilk növbədə kiçik zabitlərin hazırlığına və kibermüdafiəyə təsir edəcək.

Qeyd olunub ki, artıq ABŞ Milli Qvardiya Bürosunun rəhbəri general Daniel Hokanson və Ohayo Milli Qvardiyasının komandirinin müavini Stiven Rods Serbiyaya işgüzar səfərə gəliblər.

Bundan əvvəl Serbiya Prezidenti Aleksandr Vuçiç bildirib ki, ölkə neytral statusunu saxlamaqla ABŞ ilə hərbi əməkdaşlığı artıracaq.

Mənbə: report.az