Hacıyev “Qarabağ”da

Hacıyev “Qarabağ”da<span class="qirmizi"></span>

“Qarabağ”ın aşağı yaş qrupları üzrə texniki direktoru Tacəddin Doğanın vəzifəsindən ayrıldığı barədə məlumat vermişdik. Türkiyəli mütəxəssi əvəzləyəcək şəxsin adı məlum olub.

Publika.az-ın əldə etdiyi məlumata görə, sözügedən vəzifə Aftandil Hacıyevə tapşırılıb. Onunla tezliklə müqavilə imzalanacaq və ictimaiyyətə təqdim ediləcək.

Hacıyev daha sonra “Qarabağ”ın gələcəkdə istifadəyə veriləcək futbol akademiyasının rəhbəri təyin olunacaq.

Mənbə: publika.az