Rusiyada qorxulu xəstəliyə görə karantin

Rusiyada qorxulu xəstəliyə görə karantin<span class="qirmizi"></span>

Rusiyanın Omsk vilayətinin iki yaşayış məntəqəsində quduzluq karantini tətbiq edilib.
Lent.az xəbər verir ki, bu barədə Rosselxoznadzorun regional idarəsi məlumat yayıb.

"Omsk vilayətinin Sarqatski rayonunun Sarqatskoye kəndi ərazisində iribuynuzlu mal-qarada quduzluq virusu, Kormilovski rayonunun Yuryevo kəndində isə itdə quduzluq aşkar edilib. Quduzluğun yayılmasının qarşısını almaq və kökünü kəsmək üçün karantin tətbiq olunur" – məlumatda deyilir.

Mənbə: lent.az