Kəlbəcərdəki Xudavəng məbədi Rusiya baş keşişinin xeyir-duasıyla “erməni kilsəsi” olub...

Kəlbəcərdəki Xudavəng məbədi Rusiya baş keşişinin xeyir-duasıyla “erməni kilsəsi” olub...<span class="qirmizi"></span>

"Və məhz həmin Pravoslav kilsəsinin və Rusiya dövlətinin himayəsi altında əksəriyyəti I Qarabağ savaşından bəri Azərbaycana qarşı vuruşmuş terrorçular olan erməni keşişləri hələ də Xudavəng məbədində qalmaqla məbədin “Ermənistana məxsusluğu”nu “təsdiqləmək”dədirlər..."

"1813-cü ildə Qarabağ xanlığının ərazisi və monastır Rusiyanın əlinə keçib və bundan sonra Dadivank dirçəlməyə, mülklərə qanuni mülkiyyət hüququ uğrunda müxtəlif uğurlarla mübarizə aparmağa başlayıb..."

"Dadivank monastırının divarlarında qorunan yazılar və monastır ərazisindəki qədim xaçkarlar Dadivankın qədimliyini və erməniliyini sənədləşdirir. Müxtəlif xarici ədəbiyyatlarda və peşəkar əsərlərdə monastırın tikintisi ilə bağlı tarixi məlumatlar və şəhadətlər mövcuddur”.

Moderator.az xəbər verir ki, Tert.am-ın yaydığı məlumata görə, Azərbaycan Respublikası Kəlbəcər rayonundakı hələ də Rusiya “sülhməramlı”larının nəzarətində qalan qədim Xidavəng məbədimiz barədə erməni apostol kilsəsinin artsax yeparxiyası belə yazıb.

Qondarma yeparxiya Xudavəngin guya hayklara məxsus olması haqda “xarici sənəd” kimi bütün Rusiyanın patriarxı Kirilin xeyir-duası və redaktorluğu ilə nəşr olunmuş Pravoslav ensiklopediyasında bu qədim Azərbaycan məbədi haqda yazılanları misal gətirir:

“Moskva və Bütün Rusiyanın Patriarxı Kirilin xeyir-duası və redaktorluğu ilə nəşr olunan Pravoslav ensiklopediyasında Dadivankın tikintisi, adının mənşəyi açıqlanır. Əsrlər boyu hücumlara məruz qalıb dağıdılan, amma ayaqda qalan erməni ziyarətgahı kimi təqdim olunur. Əsərdə tarixi faktlar və monastır kompleksindəki tikililərin təsviri ətraflı şəkildə verilmişdir”.

Həmin saxtakar ensiklopediyada Kəlbəcərdəki tarixi abidəmiz haqda yazılmış uydurmalardan yalnız bir neçəsini oxuyandan sonra çox şey aydın olur:

“[Xutavank, Arakelots, Arm. Դադիվաճղ], tarixi Böyüük Ermənistanın Artsax vilayətindəki monastır, Tərtər (Trtuçay dərəsində. T), müasir Azərbaycanın Kəlbəcər (Karvaçar) rayonunun şərqində.

D. sonundan etibarən Erməni Apostol Kilsəsinin ən qədim monastırlarından biri idi. 5-ci əsr alban katolikosuna tabe idi (bax. Qafqaz Albaniyası), orta əsrlərdə Xaçen knyazlığınınən böyük məbədi olub...”

"1813-cü ildə Qarabağ xanlığının ərazisi və monastır Rusiyanın əlinə keçib və bundan sonra Dadivank dirçəlməyə, mülklərə qanuni mülkiyyət hüququ uğrunda müxtəlif uğurlarla mübarizə aparmağa başlayıb..."

"...Lakin sovet hakimiyyətinin qurulması və bölgənin Azərbaycana verilməsindən sonra D. fəaliyyətini dayandırdı. 20-ci əsrin 60-cı illərində Dadivankın ərazisində kənd salınmışdır. 1993-cü ildən rayonun ərazisi Dağlıq Qarabağın nəzarətindədir, 1998-ci ildən monastırda bərpa işləri aparılır”...

Göründüyü kimi, Rusiyanın baş dini qurumu Xudavəng məbədinin ermənilərə “məxsus”luğunu can-fəşanlıqla “təsdiqləyir”. Amma yaxşı ki, XX əsrin əvvəllərində bütövlükdə şimali Azərbaycan kimi, məbədin yerləşdiyi Kəlbəcər rayonu ərazisinin də Rusiya tərəfindən işğal olunduğunu dolayısıyla etiraf edirlər. Lakin həmin ərazinin 1993-cü ildə işğal edildiyi yox, sadəcə, “Dağlıq Qarabağ”ın nəzarətinə keçdiyi qeyd olunur. Və Xudavəngdəki saxtalaşdırma işləri də “bərpa işləri” kimi təqdim edilir.

Aydın olur ki, 2020-ci ilin noyabrın 25-dən Xudavəng məbədi üzərində birbaşa nəzarəti ələ keçirmiş Rusiya “sülhməramlı” kontingenti Rusiya imperiyasının məhz Pravoslav kilsəsi tərəfindən dəstəklənən işğal siyasətini davam etdirir. Moderator.az-ın son 2 il yarımda çox müddətdə yayımladığı materiallardan da bəlli olur ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi saytının “sühməramlı”lara aid bölməsinin xəbərlərində keçmiş Dağlıq Qarabağ ərazisindəki digər Azərbaycan məbədləri(Gəncəsar, Amasar və s.) kimi Xudavəng də “qədim Böyük Ermənistana məxsus monastırlardan biri” kimi təqdim olunur və s. Və məhz həmin Pravoslav kilsəsinin və Rusiya dövlətinin himayəsi altında əksəriyyəti I Qarabağ savaşından bəri Azərbaycana qarşı vuruşmuş terrorçular olan erməni keşişləri hələ də Xudavəng məbədində qalmaqla məbədin “Ermənistana məxsusluğu”nu “təsdiqləmək”dədirlər...

Sultan Laçın

Mənbə: moderator.az