AB Tiflisə vaxt qoydu: İlin sonuna kimi...

AB Tiflisə vaxt qoydu: İlin sonuna kimi...<span class="qirmizi"></span>

Gürcüstan ilin sonunda Avropa Birliyinə (AB) namizəd ölkə statusunu əldə etmək üçün qalan vaxtdan maksimum istifadə etməlidir.

Axar.az xəbər verir ki, bunu AB-nin Gürcüstandakı səfiri Pavel Qerçinski deyib.

"12 prioritet üzrə mümkün qədər çox irəliləyişə nail olmaq üçün ilin sonuna qədər qalan vaxtdan istifadə etmək çox vacibdir. Gürcüstandan xoş xəbərlərin gəlməsi də önəmlidir", - Qerçinski bildirib.

Diplomat qeyd edib ki, hazırda Avropa Komissiyası nəticənin hazırlanması üzərində işləyir.

Mənbə: axar.az