Roma Papası əməliyyat olunacaq

Roma Papası əməliyyat olunacaq<span class="qirmizi"></span>

Roma Papası I Fransiskin bütün qəbulları səhhəti ilə əlaqədar ləğv edilib. AzVision.az xəbər verir ki, bu barədə "Rai News 24" məlumat yayıb.

Müqəddəs Taxt-Tacın sözçüsü Matteo Bruni bildirib ki, pontifik əməliyyat olunacaq. Əməliyyat 2-3 saat davam edəcək. Katolik kilsəsinin 86 yaşlı rəhbəri təkrarlanan ağrılı subokklyuziv sindromlara səbəb olan bel yırtığı səbəbindən əməliyyat olunacaq.

Qeyd edək ki, iyunun 6-daPapa Fransisk müayinə üçün "Gemelli" Klinikasına gəlib.

Aytən Zəhra
 

Mənbə: azvision.az