Simonyan ələ saldı: Bu küsəyən əfəndi...

Simonyan ələ saldı: Bu küsəyən əfəndi...

“Rossiya Seqodnya” və RT telekanalının baş redaktoru Marqarita Simonyan Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımının əngəlləməsində ölkənin Baş naziri Nikol Paşinyanı ittiham edib.

O, bu barədə Teleqram kanalında yazıb.

“Ermənistanın televiziya və radio yayımı şəbəkəsi ölkədə iki verilişin yayımının dayandırıldığını bildirib: “Vladimir Solovyovla bazar axşamı” və “Vladimir Solovyovla axşam”. Bu qərarın davamlı pozuntu faktları əsasında verildiyi bildirilir, lakin konkret misallar göstərilmir. Küsəyən “əfəndi” (Simonyan məhz “efendi” deyə yazıb – red.) yayımı qadağan edib. Ah, necə nəfəs aldı, necə nəfəs aldı! Daha çox söz azadlığına yer verəcəyi şüarları ilə hakimiyyətə gəlmişdi. Bu arada söz azadlığı azalıb, Qarabağla bağlı işlər bərbad hala düşüb”, - o bildirib.

Mənbə: axar.az