Türkiyə vətəndaşları üçün Şengen vizalarından imtinaların sayı Covid-19 epidemiyasından əvvəlki dövrlə müqayisədə artmaqda davam edir.
Bəzi Avropa ölkələri tərəfindən Türkiyədən edilən müraciətlərin rədd edilməsi nisbəti 2019-cu ilə nisbətən 2022-ci ildə iki dəfə artıb.
2022-ci ildə Türkiyə vətəndaşları üçün vizadan imtina sayına görə Estoniya, Finlandiya və Belçika liderlik edir.
Avropa.info xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Palatalar və Birjalar Birliyinin (TOBB) 79-cu Baş Assambleyasında etdiyi çıxışında bəzi Qərb ölkələrinin viza problemini “siyasi şantaj” adlandırıb və bu problemin həllini gözlədiyini bildirib.
Türkiyə Səyahət Agentlikləri Birliyinin (TÜRSAB) prezidenti Firuz B. Bağlıkaya "Anadolu" ilə söhbətində 2022-ci ildə imtina nisbətinin təxminən iki dəfə artdığını qeyd edib.
"Schengenvisainfo" saytının məlumatına görə, 2022-ci ildə Türkiyədəki nümayəndəliklər vasitəsilə edilən 778 min Şengen vizası müraciətindən 15%-i rədd edilib. Eyni zamanda, Aİ-nin sanksiyaları altında olan Rusiya vətəndaşları 10% hallarda rədd edildi ki, bu da təəccüblüdür.
2022-ci ildə Türkiyə vətəndaşlarından imtina halları təxminən iki dəfə artıb. Əgər 2019-cu ildə 906 min müraciətdən 9,7 faizi təsdiqlənməyibsə, 2022-ci ildə bu rəqəm 778 min müraciətlə 15 faiz təşkil edir.
Bu mənfi statistikada liderlər Almaniya, Fransa, Danimarka və Finlandiyadır. Avropa ölkələri 2023-cü il üçün məlumatları paylaşmaqdan çəkinirlər.
Nəzərdən keçirdikləri müraciətlərin sayı barədə məlumat yaymaq əvəzinə, yalnız verdikləri vizaların sayını açıqlayırlar.
Mənbə: avropa.info