ABŞ konqresmenləri ATACMS raketlərinin dərhal Ukraynaya ötürülməsinə dair qətnamə təqdim ediblər

ABŞ konqresmenləri ATACMS raketlərinin dərhal Ukraynaya ötürülməsinə dair qətnamə təqdim ediblər<span class="qirmizi"></span>

ABŞ-da hər iki partiyadan olan konqresmenləri Vaşinqton administrasiyasını ATACMS operativ-taktiki raket sistemlərini dərhal Kiyevə təhvil verməyə çağıran qətnamə təqdim edib.

"Report" xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin mətbuat xidmətinin bəyanatında deyilir.

Qətnaməni bir sıra respublikaçı və demokrat konqresmenlər dəstəkləyib.

“Ukraynaya müharibədə qalib gəlmək üçün lazım olan silahları verməməklə administrasiya müharibəni uzadır”, - komitə sədri Maykl Makkol deyib.

Makkolun sözlərinə görə, bu raket sistemləri Ukrayna silahlı qüvvələrinə kömək edəcək və döyüş vəziyyətini ciddi şəkildə dəyişdirəcək.

Mənbə: report.az