Onlar Nikola 4 kəndi qaytarmağa mane olmağa çalışır

Onlar Nikola 4 kəndi qaytarmağa mane olmağa çalışır

Ermənistan müxalifəti Baş nazir Nikol Paşinyana 4 kəndi Azərbaycana qaytarmağa mane olmağa çalışır. Parlamentdəki müxalif “Ermənistan” və “Şərəf duyuram” fraksiyalarının Ermənistanla delimitasiya və demarkasiya məsələləri üzrə təcili iclas çağırması təşəbbüsü bununla bağlıdır.

Bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, sessiyada Baş nazirin müavini Mger Qriqoryanla xarici işlər naziri Ararat Mirzoyan da dəvət ediləcək:

“Müxalifət dinləmələr vasitəsilə hökumət üzvlərinə təzyiqi artırır. Müxalifət kəndlərin qaytarılması mövzusunu parlamentin gündəminə həm də ona görə gətirməyə çalışır ki, bu yolla hökumət içərisində fikir ayrılığı dərinləşsin.

Bu arada, Nikol Paşinyanın Brüsselə yollanmadan əvvəl Təhlükəsizlik Şurasının iclasını keçirməsi diqqəti çəkib. İclasda Təhlükəsizlik Şurasının 2023-cü ilə dair hesabatı müzakirə edilsə də, Paşinyan öz tərəfdarlarının radikal müxalifətə qarşı müqavimət gücünü müəyyənləşdirməyə çalışır”.

Qeyd edək ki, Ermənistan parlamentində delimitasiya ilə bağlı iclasın 9 apreldə keçiriləcəyi gözlənilir.

Mənbə: axar.az