Zelenski 500 min nəfərin səfərbər ediləcəyi barədə xəbəri təkzib edib

Zelenski 500 min nəfərin səfərbər ediləcəyi barədə xəbəri təkzib edib

Vladimir Zelenski Finlandiya Prezidenti ilə birgə keçirilən mətbuat konfransında bildirib ki, indi Ukrayna Silahlı Qüvvələrinə 500 min nəfərin səfərbər edilməsinə ehtiyac yoxdur.

APA xəbər verir ki, bu barədə “UNIAN” xəbər agentliyi məlumat yayıb.

Vladimir Zelenski Silahlı Qüvvələrinin şəxsi heyətinin yoxlanmasına görə Ali Baş Komandan Sırskiyə təşəkkür edib və cəbhə üçün lazımi sayda əsgərin hazırlanacağına aydınlıq gətirib.

"Fərdi sayı, nə qədər səfərbər olacağına gəlincə, bunu hələ deməyə hazır deyilik. Onu deyə bilərəm ki, Rusiya iyunun 1-də 300 min hərbçini səfərbər etməyə hazırlaşır”, - dövlət başçısı bildirib.

Mənbə: apa.az