İran yaxın saatlarda İsrailə hibrid zərbələr endirəcək – Erməni iranşünasdan şok iddia

İran yaxın saatlarda İsrailə hibrid zərbələr endirəcək – Erməni iranşünasdan şok iddia

İranın Teleqram kanalları Amerika mənbələrinə istinadən yazır ki, Tehran yaxın 48 saat ərzində İsrailin İranın Dəməşqdəki konsulluğuna aviazərbəsinə cavab olaraq hibrid qisas addımları atacaq.

Bu barədə erməni iranşünas Vardan Voskanyan öz Telegram kanalında yazıb.

Onun yazdığına görə, söhbət İsrailə zərbələr endirilməsindən gedir: “Məsələ ondadır ki, İranın raket və PUA hücumları işğal olunmuş Fələstin ərazilərində yerləşən İsrail hərbi infrastrukturlarına İranyönlü təşkilatların fəaliyyət göstərdiyi Yəmən, Livan, Suriya və ya İraqdan deyil, birbaşa İranın öz ərazisindən həyata keçiriləcək”.

Vardanyan həmçinin iddia edib ki, İran mənbələri İranın mümkün hücum təhlükəsini nəzərə alaraq İsrailin Bakı və Əbu-Dabidəki səfirliklərinin əməkdaşlarını təxliyə etdiyi barədə məlumat yayıblar.

Mənbə: musavat.com