Türkiyənin"S-400" kompleksini nə zaman yerləşdirəcəyi açıqlandı

Türkiyənin"S-400" kompleksini nə zaman yerləşdirəcəyi açıqlandı

Eastnews.org-un verdiyi xəbərə görə, Türkiyə Rusiyadan aldığı “S-400” zenit raket komplekslərini 2020-ci ilin yazına kimi yerləşdirməyi planlaşdırır.

Bu barədə Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq Federal Xidmətinin rəhbəri Dmitriy Şuqaev “Rossiya-24” televiziya kanalına müsahibəsində bildirib.

“Gələn il yazda sistem yerləşdiriləcək. Türkiyə ilə müqavilə yerinə yetirlir. Hazırda sistemlərin ikinci partiyasının boşaldılması davam edir”, -deyə D. Şuqaev bildirib.

Xatırladaq ki, 2017-ci ilin sentyabrında Rusiya Türkiyə ilə dəyəri 2.5 milyard dollar olan “S-400” ZRK-larının satılmasına dair müqavilə imzalayıb. Komplekslərin Türkiyəyə ilk tədarükü bu ilin iyul ayının 12-dən başlayıb.

Mənbə: eastnews.org