“TRT”nin əməkdaşları Qəzzada xəsarət aldılar

“TRT”nin əməkdaşları Qəzzada xəsarət aldılar

Qəzza zolağında baş verənİsrail- Fələstin münaqişəsi zamanı Türkiyənin “TRT” media şirkətinin ərəb dilində yayım edən heyət üzvləri xəsarət alıblar.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fahrettin Altun məlumat verib.

O bildirib ki, münaqişə bölgəsində çəkiliş aparan zaman TRT-nin operatoru Sami Şeha ayağından və bədəninin müxtəlif bölgələrindən yaralanıb. Kameraman əməliyyata alınıb.
Həmçinin qeyd edilib ki, “TRT” ərəbcənin müxbiri Sami Berhum yüngül bədən xəsarəti alıb.

Qeyd edək ki, münaqişə nəticəsində indiyədək 140 jurnalistin həlak olduğu bildirilir.

Bizim.Media

Mənbə: bizim.media