Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələri arasında hərbi əməkdaşlığın inkişafı üzrə Hərbi Komitənin iclasına qatılmayıb.
Bizim.Media xəbər verir ki, bu barədə KTMT-nin mətbuat xidməti məlumat verib.
Bilirilib ki, aprelin 12-də Rusiya Federasiyası müdafiə nazirinin birinci müavini Valeri Gerasimovun rəhbərliyi ilə video-konfrans formatında baş tutan görüşdə İrəvan təmsil olunmayıb.
Məlumata görə, iclasda Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistanın nümayəndələri iştirak ediblər.
Bizim.Media
Mənbə: bizim.media