“İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırsa da, onu təxirə salıb”

“İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırsa da, onu təxirə salıb”

 

“İsrail aprelin 16-da İrana cavab zərbəsi endirməyi planlaşdırsa da, qərarını dəyişib və onu təxirə salmaq qərarına gəlib”.

Bu barədə “Axios” portalı İsrail və ABŞ mənbələrinə istinadən məlumat yayıb.

Adı açıqlanmayan ABŞ rəsmisi “faktiki hücuma nə qədər yaxın olduğundan əmin deyilik”, - bildirib.

Nəşrin digər mənbəsi vurğulayıb ki, İsrail aprelin 15-də ABŞ Prezidenti Co Baydenin administrasiyasına gözləmək qərarına gəldiyini deyib.

Mənbə: qafqazinfo.az