Kuleba ilə Blinken görüşdü - FOTO

Kuleba ilə Blinken görüşdü -

Ukrayna xarici işlər naziri Dmitri Kuleba ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.

Bu barədə Ukrayna XİN rəhbəri “X” hesabında məlumat verib.

Onun sözlərinə görə, görüşdə Ukraynaya mümkün qədər tez daha çox “Patriot” hava hücumundan müdafiə sistemi və raketlərin verilməsinə yönəlmiş birgə qlobal səylər müzakirə edilib.

“Dövlət katibi Blinkenin lazımi qərarların qəbul edilməsinə yönəlmiş səylərini yüksək qiymətləndirirəm”, - Ukrayna XİN rəhbəri qeyd edib.

Tərəflər ABŞ Konqresinin Ukrayna üçün əlavə yardım paketi qəbul etməsinə təcili ehtiyac olduğunu vurğulayıblar.

“Bu, Ukraynaya həyatını xilas etməyə və döyüş sahəsindəki vəziyyəti yaxşılaşdırmağa imkan verəcək güc və inam siqnalı olacaqdır”, - ukraynalı nazir əlavə edib.

Mənbə: qafqazinfo.az