ABŞ-ın bu razılaşmaları pozmasını pisləyirik - Venesuela

ABŞ-ın bu razılaşmaları pozmasını pisləyirik - Venesuela

ABŞ-ın Venesuela iqtisadiyyatına ziyan vuran sanksiyaların ləğvi ilə bağlı razılaşmaları pozmasını qətiyyətlə pisləyirik.

Bunu Venesuela xarici işlər naziri İvan Xil Pinto deyib.

“Ötən ilin sentyabrın 28-də Qətərin vasitəçiliyi ilə Dohada əldə edilmiş razılaşmalar pozulub. ABŞ yenə qərarlara əməl etməyib”, - Pinto bildirib.

Qeyd edək ki, bu gün Venesuelaya qarşı neft, qaz və qızıl hasilatı sahələrində bir sıra sanksiyalar bərpa edilib.

Mənbə: axar.az