Paşinyan Putinin inauqurasiya mərasiminə qatılacaq?

Paşinyan Putinin inauqurasiya mərasiminə qatılacaq?

"Paşinyan Moskvaya gedəcəkmi?".

Bu sualın cavabı barədə “Hraparak” qəzeti yazıb.

Qəzet yazır ki, hakimiyyət bu məsələdə intriqanı son dəqiqəyə qədər saxlayır: "Hökumət deyir ki, bütün səfərlərlə bağlı düzgün və vaxtında məlumatlandırılır".

Nəşrin məlumatına görə, hakim dairələrdə belə bir anlayış var: Paşinyan həm Putinin 7 mayda inauqurasiyasında, həm də mayın 8-də Avrasiya İqtisadi İttifaqının yubiley sammitində iştirak edəcək. Ola bilsin ki, Ermənistanın baş naziri mayın 9-da keçiriləcək Qələbə günü paradında iştirak etmədi, lakin bu hələ dəqiq deyil.

Mənbə: yenisabah.az