ABŞ Rusiyanın dondurulmuş aktivlərinin Kiyevə verilməsi barədə qanunu təsdiqləyib

ABŞ Rusiyanın dondurulmuş aktivlərinin Kiyevə verilməsi barədə qanunu təsdiqləyib

ABŞ-nin Nümayəndələr Palatası Ukrayna, İsrail və Tayvana hərbi dəstək, eləcə də Rusiyanın dondurulmuş aktivlərinin müsadirə olunaraq Kiyevə verilməsi barədə qanunu təsdiqləyib.

APA-nın məlumatına görə, bu barədə qərar səs çoxluğu ilə qəbul edilib.

Eyni zamanda Tayvana 8 milyard dollarlıq dəstəyi nəzərdə tutan qanun da palatadan keçib.

Qanunverici orqan Çinə əlavə sanksiyalar paketini də qəbul edib.

Mənbə: apa.az